Abbas Ərakçi: İranla İsrail arasında atəşkəs rejimi çox kövrəkdir

19-07-2025, 15:54 13 dəfə baxılıb

Abbas Ərakçi: İranla İsrail arasında atəşkəs rejimi çox kövrəkdir

İranla İsrail arasında atəşkəs rejimi çox kövrəkdir.

Bunu İranın xarici işlər naziri Abbas Ərakçi bildirib.

“Danışıqlar yolu ilə əldə edilmiş razılaşmaya qayıtmaq mümkündür” sualına cavab olaraq nazir deyib:

“Bəli. Ancaq bunun üçün digər tərəfdən ciddi və real iradə tələb olunur. Hərbi variantdan imtina etmək lazımdır, biz irəli getməli və danışıqlar yolu ilə həll axtarmalıyıq”.

Onun sözlərinə görə, 12 günlük müharibə sübut etdi ki, İranın nüvə proqramı probleminin hərb yolu ilə həlli yoxdur:

“Yalnız diplomatik və danışıqlar yolu ilə həll effektiv ola bilər. Bu da yalnız İranın öz hərbi ambisiyalarından imtina edib, ona dəyən zərərin kompensasiya edilməsindən sonra mümkün olacaq. O halda danışıqlarda iştirak etməyə hazır olacağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031