Cənub bölgəsinin bir çox hissəsində işıq olmayacaq

25-07-2025, 08:50 4 dəfə baxılıb

Cənub bölgəsinin bir çox hissəsində işıq olmayacaq

Bu gün Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Arazbarı, Nərimankənd, Səmədabad, saat 08:00-dan 12:00-dək Cəlilabadın Abazallı, Boyxanlı, Cəlayir, Dələli, Korlar, Külünclü, Qarakazımlı, Məlikqasımlı, Məmmədrzalı, Məşədilər, Mirzəli, Moranlı, Novruzallı, Şükürlü, Tatlar, Təklə, Yusifli, Zərbəli, saat 12:00-dan 16:00-dək Göytəpə şəhərinin bir hissəsi, Ağdaş, Axtaxana, Bəcirəvan, Darılıq, Fətullaqışlaq, Həziabad, Privolnoye, Soyuqbulaq, Şıxlar, saat 10:00-dan saat 12:00-dək Lənkəranın Gərmətük, Hirkan qəsəbələri, Darquba, Daşdalıqjar, Xanbulan, Kərgəlan, Kosalar, Qurumba, Lüvəsər, Rvo, Səbir, Siyablı, Siyavar, Şağlaküçə, Şovu, Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri elektrik enerjisi ilə təmin olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031