"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq

29-07-2025, 18:04 12 dəfə baxılıb

"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq

"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında bildirib.

Mütəxəssis zədə səbəbindən yeni transfer Dani Boltun adının iştirak ərizəsinə salınmayacağını, Marko Yankoviçin isə heyətdə yer ala biləcəyini, bununla belə, risk etməmək üçün meydana buraxılmayacağını söyləyib.

Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031