Milli Qəhrəman adından imtina edən qazı.

30-07-2025, 15:55 15 dəfə baxılıb



Birinci Qarabağ müharibəsinin tanınmış döyüşçüsü, ehtiyatda olan polis polkovnik-leytenantı Asif Məmmədov.

News24.az xatırladır ki, Məmmədov Asif Məmməd oğlu 10.12.1954-cü il tarixdə Füzuli rayonunun Kürdmahmudlu kəndində ziyalı ailəsində anadan olub.

O, I Qarabağ müharibəsi zamanı Füzuli Rayon Polis Şöbəsinin post-patrul xidməti bölüyünün komandiri, İctimai Təhlükəsizlik Bölməsinin rəisi, 1995-ci ildən isə şəxsi heyət üzrə rəis müavini vəzifəsində xidmət edib. 

Asif Məmmədov Füzuli rayonunun Horadiz şəhərinin və 23 kəndin işğaldan azad olunmasında qəhrəmanlıq göstərib. Azərbaycanın Milli Qəhrəmanları - Pəhlivan Fərzəliyevin və Nazim Quliyevin komandiri olub. I Qarabağ müharibəsi veteranı olmasına, həmin savaşda göstərdiyi şücaətlərə rəğmən, torpaqlar işğaldan azad olunmadığı üçün Milli Qəhrəman adından imtina edib. 

P.S.  Döyüş fotolarında soldan birinci Asif Məmmədov, soldan ikinci isə Milli Qəhrəman Pəhlivan Fərzəliyevdir. (News24.az)








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031