Rusiyanın Kramatorska endirdiyi zərbə nəticəsində üç nəfər ölüb, 10 nəfər yaralanıb

1-08-2025, 12:48 5 dəfə baxılıb

Rusiyanın Kramatorska endirdiyi zərbə nəticəsində üç nəfər ölüb, 10 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətinin Kramatorsk şəhərində yaşayış binasına endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub, 10 nəfər yaralanıb.

Bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.

"Kramatorskda ölənlərin sayı 3-ə, yaralıların sayı isə 10-a çatıb. Beşmərtəbəli binanın dağıntıları altında insanların qaldığı ehtimal olunur, axtarış-xilasetmə əməliyyatı davam edir", - o, “Telegram”da yazıb.

Məlumata görə, zərbə nəticəsində ümumilikdə ən azı 30 evə və 13 avtomobilə ziyan dəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031