Qalmaqallı sabiq hakim vəfat etdi

2-08-2025, 15:56 5 dəfə baxılıb

Qalmaqallı sabiq hakim vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov vəfat edib.

Bu haqda sosial şəbəkədə məlumat paylaşılıb.

Sabiq hakim uzunsürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ənvər Seyidov 1990-cı ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin, 2000-ci ildən Ağır Cinayətlərə dair Azərbaycan Respublikası Məhkəməsinin, 2011-ci ildən 2019-cu ilədək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyib.

O, fəaliyyəti dövründə bir sıra səs-küylü cinayət işlərini araşdırması ilə tanınıb. Onun sədrliyi ilə keçmiş müdafiə naziri Rəhim Qazıyev barəsində əvvəlcə qiyabi ölüm hökmü çıxarılıb. Sonradan hökm dəyişdirilərək Qazıyev ömürlük azadlıqdan məhrum edilib. Həmin hadisədən sonra onlar arasında münasibətlər kəskinləşib, Rəhim Qazıyev Ənvər Seyidovu açıq debatlara çağırıb.

Ənvər Seyidovun baxdığı işlər arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilən Səid Rüstəmbəylinin, eləcə də bir neçə NİDA fəalının cinayət işləri də yer alır.

Elə həmin ərəfələrdə Ənvər Seyidov bir neçə MTN-çinin mükafatlandırılması üçün keçmiş nazir Eldar Mahmudova məktub yazmışdı. Həmin məktub da geniş müzakirə mövzusuna çevrilmişdi. Məşhur sabiq hakim sonuncu dəfə təqaüdə çıxdıqdan sonra pensiyasının düzgün hesablanmaması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verməsi ilə gündəmə gəlmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031