Azərbaycan BƏƏ şirkəti ilə telekommunikasiya sahəsində əməkdaşlığı müzakirə edib

4-08-2025, 15:16 13 dəfə baxılıb

Azərbaycan BƏƏ şirkəti ilə telekommunikasiya sahəsində əməkdaşlığı müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri çərçivəsində dünyanın aparıcı texnologiya və telekommunikasiya şirkətlərindən olan “Etisalat”ın sədri Jassim Mohammed ilə görüşüb.

Bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dubayda keçirilən COP28-də əldə etdikləri dəyərli təcrübəni COP29-un Bakıda təşkil edilməsi zamanı bizimlə bölüşdükləri üçün şirkət rəhbərliyinə təşəkkür etdik. Telekommunikasiya sahəsində təcrübə mübadiləsi, məsləhət dəstəyi və gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik. Eyni zamanda şəhər nəqliyyatı sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi apardıq. “Etisalat” rəhbərliyini bu il 17-28 noyabrda Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) dəvət etdik", - deyə o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031