Nazirlər Kabineti geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması barədə qərar verib

4-08-2025, 18:33 8 dəfə baxılıb

Nazirlər Kabineti geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması barədə qərar verib

Nazirlər Kabineti “Stasionar xidmət göstərən dövlət sosial xidmət müəssisələrində xidmətə götürülmüş şəxslərin geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunma norması”nı təsdiq edib, “Qocalar və əlillər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi və ruhi-əsəb internat evlərində ayaqqabılardan, geyim və dəyişək əşyalarından istifadənin norma və müddətləri”nin təsdiqi haqqında” 2 avqust 1993-cü il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, dövlət və yaxud bələdiyyənin yaratdığı uşaq evləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində tərbiyə olunan uşaqların geyim, ayaqqabı və yumşaq inventarlarla təmin olunması Nazirlər Kabinetinin 17 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “İnternat tipli ümumi təhsil müəssisələrində təhsilalanlar və dövlət və ya bələdiyyə tərəfindən yaradılan uşaq evləri, ailə tipli kiçik qrup evləri sosial xidmət müəssisələrində tərbiyə olunan uşaqların geyim, ayaqqabı, yumşaq inventarlarla təmin olunması norması”na uyğun həyata keçirilir.

“Qocalar və əlillər üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ümumi və ruhi-əsəb internat evlərində ayaqqabılardan, geyim və dəyişək əşyalarından istifadənin norma və müddətləri”nin təsdiqi haqqında” qəraı 6-cı hissəsi istisna olmaqla ləğv edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərardan irəli gələn məsələləri həll etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031