İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi

9-08-2025, 08:16 4 dəfə baxılıb

İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi

 
Prezident Tramp və onun komandası olmasaydı biz uzunmüddətli danışıqlar prosesində qalardıq.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla Vaşinqtonda birgə bəyanatlar zamanı deyib.

"Bu gün tarixi gündür. Bu gün bir çox divarları rədd edəcək və rifaha yol açacaq. Tramp Qafqaza sülh gətirdi. Prezident Tramp və onun komandası olmasaydı, bizim yaxın dostumuz cənab Uitkoff və onun komandası olmasaydı, yəqin ki, bu gün Ermənistan və Azərbaycan yenə tükənməyən bir danışıqlar prosesində qalardı", - Azərbaycan Prezidenti deyib.

"Həqiqətən də “Tramp Rifah və Sülh Marşrutu” əlaqələr baxımından bu divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün həm investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaq", - İlham Əliyev vurğulayıb.​​​​






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031