Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında imzalanan sənəd davamlı sülhə doğru mühüm addımdır

9-08-2025, 16:05 6 dəfə baxılıb

Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında imzalanan sənəd davamlı sülhə doğru mühüm addımdır

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış tarixi sülh sənədini alqışlayıb.

Bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, bu tarixi saziş Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi istiqamətində mühüm addımdır və regionun uzunmüddətli, sabit inkişafı üçün yeni imkanlar yaradır. Gürcüstan regionda sülhün möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini qətiyyətlə dəstəkləyir.

Bəyanatda, həmçinin ABŞ-nin və şəxsən Prezident Donald Trampın Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin həllindəki rolu yüksək qiymətləndirilib: “Ümid edirik ki, bu tarixi hadisə Qara dəniz regionunda və bütün dünyada mövcud münaqişələrin sülh yolu ilə həlli baxımından zəncirvari təsir göstərəcək”.

Xatırladaq ki, imzalanmış sənədə əsasən, Azərbaycan və Ermənistan hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarət, kommunikasiya və diplomatik münasibətləri, qarşılıqlı səfərləri bərpa etmək, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyini götürüblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930