Xəzəryanı ölkələrin sammiti 2026-cı ildə Tehranda keçiriləcək

12-08-2025, 16:05 4 dəfə baxılıb

Xəzəryanı ölkələrin sammiti 2026-cı ildə Tehranda keçiriləcək

Xəzəryanı dövlətlərin sammiti 2026-cı ilin avqustunda Tehranda keçiriləcək.

Bu barədə İranın Türkmənistandakı səfiri Əli Mojtaba Ruzbehani bildirib.

"Məmnuniyyətlə bildirirəm ki, İran İslam Respublikası 2026-cı ilin avqustunda 7-ci Xəzəryanı dövlətlər sammitinə ev sahibliyi edəcək. Ümid edirik ki, Beynəlxalq Xəzər Dənizi Günündə və Tehran Konvensiyasının qüvvəyə minməsinin 20-ci ildönümündə Tehranda Xəzəryanı dövlətlərin prezidentlərini qürurla qəbul edəcəyik", - deyə o bildirib.

Ruzbehani əlavə edib ki, İran həmçinin 2025-ci ildə Xəzər dənizi sahilyanı əyalətlərinin qubernatorlarının ilk beynəlxalq görüşünü keçirmək niyyətindədir. Onun sözlərinə görə, bu görüşün keçirilməsinin məqsədi Xəzəryanı əyalətlərin rəhbərliyi səviyyəsində dialoq, təcrübə mübadiləsi və qarşılıqlı əlaqə üçün davamlı platforma təmin etmək, əyalətlərin potensialından istifadə etməklə iqtisadi və regional diplomatiyanı gücləndirmək, Xəzər dənizi hövzəsinin qonşu əyalətləri arasında sərhədyanı əməkdaşlıq imkanlarını müəyyən etmək, həmçinin birgə layihələri həyata keçirməkdir.

"Görüşün dəvətnaməsi və proqramı yaxın vaxtlarda bütün Xəzəryanı ölkələrə göndəriləcək", - deyə diplomat dəqiqləşdirib.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930