ABŞ Prezidenti: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

16-08-2025, 07:46 4 dəfə baxılıb

ABŞ Prezidenti: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

ABŞ Prezidenti Donald Tramp hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə soyuq yanaşır.

ABŞ lideri bu barədə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşün nəticələrinə dair "Fox News" telekanalına müsahibəsində müvafiq sualı cavablandırarkən danışıb.

"Bu gün baş verənlərə görə düşünürəm ki, indi bunu düşünməyimə ehtiyac yoxdur", - deyə o bildirib. "Bilirsiniz, hesab edirəm ki, görüş çox yaxşı keçdi", - deyə Ağ Ev rəhbəri əlavə edib.

Bununla belə, o, gələcəkdə sanksiyalar məsələsinin gündəmə qayıda biləcəyini istisna etməyib. "Ola bilsin ki, iki və ya üç həftə sonra və ya bu kimi müddətdə bunu düşünməli olacağam, lakin məhz indi bunu düşünməyimizə ehtiyac yoxdur", - deyə Tramp qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031