Zelenski: Rusiya ordusu daha əlverişli siyasi şərait üçün təzyiqi gücləndirməyə cəhd edə bilər

16-08-2025, 17:40 3 dəfə baxılıb

Zelenski: Rusiya ordusu daha əlverişli siyasi şərait üçün təzyiqi gücləndirməyə cəhd edə bilər

Rusiya Silahlı Qüvvələri qlobal subyektlərlə danışıqlar üçün daha əlverişli siyasi şərait yaratmaq məqsədilə yaxın günlərdə Ukraynanın mövqelərinə təzyiq və zərbələri gücləndirməyə cəhd edə bilər.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Aleksandr Sırskinin cəbhədəki vəziyyətə dair məruzəsindən sonra sosial şəbəkələrdə məlumat verib.

Zelenskinin sözlərinə görə, o, Ukrayna ətrafındakı siyasi-diplomatik vəziyyətə və Sırskinin məruzəsinə əsaslanaraq belə nəticəyə gəlib.

"Rusiya qoşunlarının hərəkət etməsini və hazırlıq görməsini qeydə alırıq. Əlbəttə, qarşı duracağıq - lazım gələrsə, asimmetrik formada. Bütün cəbhə xətti boyunca mövqelərimizi qoruyuruq və artıq ikinci gündür ki, Donetsk vilayətində Dobropolye və Pokrovsk kimi son dərəcə çətin istiqamətlərdə uğurlar əldə edirik", - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031