Lavrov: Putin bu ilin sonuna qədər Hindistana səfər edə bilər

21-08-2025, 15:06 3 dəfə baxılıb

Lavrov: Putin bu ilin sonuna qədər Hindistana səfər edə bilər

Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin sonuna qədər Hindistana səfər edə bilər, hazırda bu istiqamətdə hazırlıq aparılır.

Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Moskvada hindistanlı həmkarı Subramanyam Cayşankarla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

"Ali səviyyədə, xarici siyasət idarələri və digər dövlət qurumları səviyyəsində siyasi dialoqlarımız yüksək dinamikaya malikdir. Bu gün biz bu dialoq çərçivəsində qarşıdan gələn tədbirləri, o cümlədən Rusiya Prezidentinin bu ilin sonuna qədər Hindistana səfərinə hazırlıq məsələsini müzakirə etdik", - o qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031