İran gələn həftə Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq

22-08-2025, 19:03 5 dəfə baxılıb

İran gələn həftə Britaniya, Almaniya və Fransa ilə nüvə danışıqları aparacaq

İran diplomatlarının Britaniya, Almaniya və Fransa nümayəndələri ilə nüvə proqramı məsələsinə dair danışıqları avqustun 26-na planlaşdırılıb.

Bu barədə “Al Arabiya” telekanalı İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"İranın üç Avropa ölkəsi və Avropa İttifaqı ilə danışıqlarının gələn çərşənbə axşamı xarici işlər nazirlərinin müavinləri səviyyəsində davam etdirilməsi qərara alınıb", - məlumatda bildirilib.

Telekanal qeyd edib ki, qərar İran XİN başçısı Abbas Əraqçi ilə yüksək vəzifəli avropalı diplomatlar arasında telefon danışığından sonra qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930