Çin XİN: Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti heç bir işə yaramayacaq

29-08-2025, 09:15 8 dəfə baxılıb

Çin XİN: Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti heç bir işə yaramayacaq


ABŞ hakimiyyəti təzyiq yolu ilə Çinin inkişafını dayandıra bilməyəcək.

Bu barədə Çin xarici işlər nazirinin müavini Ma Caosyü mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, Vaşinqton diqqətini qarşılıqlı faydalı layihələrin inkişafına yönəltməlidir.

"Ölkəmizin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcəyik. Çinin inkişafını və böyüməsini dayandırmaq, yaxud Çin millətinin böyük dirçəlişinə mane olmaq cəhdləri iflasa məhkumdur", - deyə nazir bildirib.

Ma Caosyü bildirib ki, Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti heç bir işə yaramayacaq.

"Biz ABŞ ilə qarşılıqlı yaxınlaşma, dövlət başçıları arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi, daimi təmasların qorunması, fikir ayrılıqlarının aradan qaldırılması, əməkdaşlığın genişləndirilməsi və Çin ilə ABŞ-nin yeni dövrdə birgə mövcudluğu üçün düzgün yolun axtarışı istiqamətində əməkdaşlığa hazırıq", – deyə o əlavə edib.

Nazir müavini onu da xatırladıb ki, cari ilin əvvəlindən bəri Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla iki dəfə telefonla danışıb və bir neçə dəfə məktub mübadiləsi aparıb. Onun sözlərinə görə, bu, Pekinin Çin-ABŞ münasibətlərinin gələcək inkişafı üçün kursunu müəyyən etdiyini göstərir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930