Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb

29-08-2025, 11:42 6 dəfə baxılıb

Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb

Almaniya vətəndaşlarını İrana səyahət etməməyə və İranda olan almaniyalıları isə ölkəni tərk etməyə çağırıb.

Buna səbəb İrana qarşı sanksiyaların bərpası prosesinin başlaması səbəbindən Tehranın mümkün cavab tədbirləri görmə ehtimalıdır.

Qeyd edək ki, “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) avqustun 28-də İrana qarşı sanksiyaların bərpası mexanizminin (snapback mexanizmi) fəallaşdırılması prosesinə başlayıblar.

Prosesin müddəti 30 gündür.

Bu müddət ərzində İran və “Avropa üçlüyü” arasında heç bir razılaşma əldə olunmasa, İrana qarşı sanksiyalar qüvvəyə minəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031