Kəlbəcər: Təbiətin səssiz nəğməsi - VİDEO

2-09-2025, 10:35 5 dəfə baxılıb

Kəlbəcər: Təbiətin səssiz nəğməsi - VİDEO


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində Kəlbəcər rayonunun təbiət mənzərələrini əks etdirən videoçarx hazırlayıb.

Bu barədə Dövlət komitəsinin Mətbuat xidmətin məlumat yayıb.

"Kəlbəcər rayonu Azərbaycanın ən füsunkar və təbiigözəlliklərlə zəngin bölgələrindən biridir. Bu ərazi təkcəmənzərəli dağ silsilələri ilə deyil, həm də nadir flora vəfauna növləri, şəfalı mineral suları və bulaqları ilə seçilir. Bu yerlərin həm ekoloji, həm də turizm potensialıbaxımından mühüm əhəmiyyəti vardır.

İyirmi yeddi ildən artıq müddətdə işğal altında qalan Kəlbəcər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində bir güllə atılmadan azad edildi…

İndi bu dağlarda, meşələrdə yalnız təbiətin səsi, pıçıltısı deyil, sakinlərinin də səsi əks-səda verir. Kəlbəcər artıq öz daimi sakinlərini qəbul edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində hazırlanmış, Kəlbəcər rayonunun təbiət mənzərələrini əks etdirən videoçarxı təqdim edir", - məlumatda qeyd olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930