TƏBİB: "Formula-1" günlərində 28 həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərəcək

5-09-2025, 09:45 5 dəfə baxılıb

TƏBİB: "Formula-1" günlərində 28 həkim-mütəxəssis və tibb bacısı fəaliyyət göstərəcək

2025-ci il "Formula-1" Azərbaycan Qran-Prisi günlərində (18-21 sentyabr) zərurət yarandığı hallarda tibbi xidmətin göstərilməsi təşkil olunacaq.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, "Formula-1" yarışlarında yaradılan tibb məntəqələrində Bakı Baş Səhiyyə Mərkəzinin nəzdindəki tibb müəssisələrindən 28 həkim-mütəxəssis və tibb bacısının fəaliyyət göstərməsi nəzərdə tutulub.

Eyni zamanda tibbi xidmətin təşkili istiqamətində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Yeni Klinika, Xətai Tibb Mərkəzi və Sabunçu Tibb Mərkəzinin rəhbərliklərinə müvafiq tapşırıqlar verilib.

Yarış müddətində tibb məntəqələri lazımi tibbi avadanlıq və dərman vasitələri ilə təmin olunacaq.

Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930