Rusiya Kiyevdə istilik istehsalı obyektinə hücum edib

8-09-2025, 10:44 5 dəfə baxılıb

Rusiya Kiyevdə istilik istehsalı obyektinə hücum edib

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna yeni hücum həyata keçirib.

Bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Kiyev vilayətində istilik istehsal edən obyekt kütləvi atəşə məruz qalıb.

"Düşmən ukraynalıların evlərini, xəstəxanalarını, uşaq bağçalarını və məktəblərini işıqsız və istiliksiz qoymaq niyyətini gizlətmir. İstehsal qurğuları, elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri, qaz infrastrukturu hərbi hədəf deyil. Rusiya çox yaxşı anlayır ki, mühüm mülki infrastrukturu hədəfə alır", - Nazirliyin açıqlamasında bildirilib.

Nazirlik əlavə edib ki, hazırda xilasedicilər və energetiklər hücumun nəticələrinin aradan qaldırılması üzərində çalışırlar.

“Vəziyyətin mümkün qədər tez sabitləşdirilməsi üçün tədbirlər görülür və enerji təchizatı ilə bağlı dəyişikliklər barədə ictimaiyyətə məlumat veriləcək.

Kiyev vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti hücum nəticəsində ölən və yaralananların olmadığını açıqlayıb.

Məlumata görə, partlayış dalğası Obuxov rayonunda yerləşən ticarət mərkəzi və fitnes klubunun binalarına da ziyan vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930