Ronen Kraus: İsrail terrorla mübarizəni davam etdirəcək

8-09-2025, 14:34 2 dəfə baxılıb

Ronen Kraus: İsrail terrorla mübarizəni davam etdirəcək

 
İsrail terror və ona zərər vurmağa çalışan hər kəsə qarşı mübarizəsini davam etdirəcək.

Bunu İsrailin Azərbaycandakı səfiri Ronen Kraus bu gün Qüdsdə baş verən atışma hadisəsini şərh edərkən bildirib.

"Beş günahsız vətəndaş həlak oldu, çoxlu yaralı var. Yaralılara tez bir zamanda sağalmalarını arzulayırıq. İsrail terrora və ölkəyə zərər vurmağa çalışanlara qarşı mübarizəsini davam etdirəcək. Onlar qalib gəlməyəcəklər", - diplomat "X" sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, iki fələstinli Qüdsün şimalında sərnişin avtobusuna atəş açıb. Son məlumatlara görə, beş nəfər həlak olub, 20 nəfər xəsarət alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930