Santuş Azərbaycana təşəkkür etdi

8-09-2025, 15:32 12 dəfə baxılıb

Santuş Azərbaycana təşəkkür etdi


Daha əvvəl xəbər verdiyimiz kimi, AFFA Fernandu Santuşla müqaviləyə xitam verib.

Portuqaliyalı mütəxəssis yerli mətbuata verdiyi açıqlamada həm AFFA rəhbərliyinə, həm də Azərbaycan xalqına təşəkkür edib:

“AFFA Prezidentinə mənə göstərdiyi hörmət və şəxsi diqqət üçün təşəkkürümü bildirirəm. Azərbaycan xalqına da bu müddətdə göstərdikləri qonaqpərvərliyə və qayğıya görə minnətdaram. Azərbaycan Futbol Federasiyası tərəfindən 2024-cü ilin iyununda mənə verilən əsas vəzifə ölkə futbolunun texniki və infrastruktur baxımından təməllərini yenidən qurmaq, yarış sistemlərini və akademik hazırlığı inkişaf etdirməklə 2028 Avropa Çempionatının seçmə mərhələsinə rəqabətədavamlı komanda çıxarmaq idi. Mən 2024-cü ilin sentyabrında, əvvəl çalışdığım federasiyalarda hazırladığım layihələrə bənzər, lakin uyğunlaşdırılmış geniş bir plan təqdim etdim. Ümid edirəm ki, bu layihə AFFA üçün faydalı olacaq, lazımi investisiyaları təşviq edəcək və futbol istedadlarının yetişdirilməsinə şərait yaradacaq. Hamınıza uğurlar arzulayıram”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930