Milli Məclisdə rezidentura ilə bağlı dinləmənin keçirilməsi təklif olunur

11-09-2025, 12:03 13 dəfə baxılıb

Milli Məclisdə rezidentura ilə bağlı dinləmənin keçirilməsi təklif olunur

Milli Məclisdə Səhiyyə, Elm və təhsil komitələri, o cümlədən müvafiq nazirliklərlə birlikdə rezidentura təhsilinə dair ictimai dinləmənin keçirilməsi təklif olunur. 

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Rəşad Mahmudov komitənin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, qanunda mütləq yer almalı olan xüsusi məsələlərdən biri də rezidentura təhsilinə hüquqi qiymətin verilməsidir:

"Bu gün rezident həkimlərimizin statusu düzgün tənzimlənmədiyindən bir sıra çətinliklər yaranır. Qanunvericilikdə rezidentlərin yalnız tələbə və təqaüd alan deyil, həm də əmək müqaviləsi ilə normal həkim maaşı alan statusda olmaları aydın şəkildə təsbit edilməlidir. Bu model həm rezidentlərin sosial təminatını və peşəkar motivasiyasını qoruyacaq, həm də səhiyyə islahatlarında insan resurslarının effektiv istifadəsinə imkan verəcək. Eyni zamanda, təhsil verən müəssisələr və mentor həkimlər üzərinə xüsusi öhdəliklər qoyularaq tədris keyfiyyəti təmin edilməlidir".

R.Mahmudov bildirib ki, belə bir yanaşma nəticəsində səhiyyə sistemi üçün peşəkar, motivasiyalı və sosial cəhətdən təminatlı mütəxəssislər yetişəcək, bu isə dövlətin həyata keçirdiyi səhiyyə islahatlarının uğuruna mühüm töhfə verəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031