Parlamentdə ictimai birliklər və dini abidələrlə bağlı dinləmə keçiriləcək

11-09-2025, 14:39 8 dəfə baxılıb

Parlamentdə ictimai birliklər və dini abidələrlə bağlı dinləmə keçiriləcək

Milli Məclisdə ictimai birliklərin və dini abidələrin mövcud durumu ilə bağlı ictimai müzakirələr keçiriləcək.

Bununla bağlı müvafiq məsələlər parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin 2025-ci il payız sessiyası üzrə iş planına daxil edilib.

İş planında həmçinin işğaldan azad edilmiş ərazilərdəki dini abidələrin durumu, bərpası ilə bağlı qarşıya çıxan problemlər və həqiqətlərin beynəlxalq ictimai rəyə çatdırılması imkanlarının müvafiq komitələrlə birgə ictimai müzakirəsi də yer alıb. 

Bununla bərabər, İctimai birliklər və dini qurumlar komitəsi payız sessiyasında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin, digər dini konfessiyaların (o cümlədən Azərbaycandakı Dağ Yəhudiləri İcması, Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturası, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakıdakı Avropa Yəhudiləri İcması və Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının) rəhbərliyi ilə görüş keçirilməsi də nəzərdə tutulub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031