Lukaşenko Trampın köməkçisi ilə danışıqlardan sonra 52 məhbusu əfv edib

11-09-2025, 16:07 20 dəfə baxılıb

Lukaşenko Trampın köməkçisi ilə danışıqlardan sonra 52 məhbusu əfv edib

Belarus Prezidenti Aleksandr Lukaşenko müxtəlif millətlərdən olan 52 məhbusu əfv edib, onların hamısı indi Litvaya yollanır.

Bu barədə ABŞ-nin Vilnüsdəki səfirliyinin nümayəndəsi məlumat verib.

Prezident Donald Tramp daha əvvəl belaruslu həmkarı Aleksandr Lukaşenkonu məhbusları azad etməyə çağırıb.

"Prezident Trampın köməkçisinin müavini Con Koulun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Minskdə danışıqlardan sonra Vilnüsə yollanır. Müxtəlif millətlərdən olan 52 məhbus azad edilib", - ABŞ-nin Litvadakı səfirliyinin nümayəndəsi bildirib.​​​​






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031