İncəsənət təhsilində fərqlənən müəllimlər "Üzeyir Hacıbəyli Mükafatı" ilə təltif olunacaq

11-09-2025, 18:36 28 dəfə baxılıb

İncəsənət təhsilində fərqlənən müəllimlər "Üzeyir Hacıbəyli Mükafatı" ilə təltif olunacaq

Musiqi, incəsənət məktəb və mərkəzlərinin pedaqoji fəaliyyətində xüsusi nailiyyətlər göstərən müəllimlərinə "Üzeyir Hacıbəyli Mükafatı" təqdim olunacaq.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının həyata keçirdiyi layihə çərçivəsində ümumilikdə 25 müəllim müxtəlif sahələr üzrə mükafatlandırılacaq.

Namizədlərin seçimi müsabiqə yolu ilə aparılacaq və iki mərhələdən ibarət olacaq. Belə ki, I mərhələdə təqdim edilən sənədlərin ekspertizası həyata keçiriləcək. İkinci mərhələdə isə namizədlər ixtisasları üzrə açıq dərs təqdim edəcəklər.

Namizədlərin fəaliyyətinin qiymətləndirilməsi Ekspert Komissiyası tərəfindən aparılacaq, mübahisəli məsələlərə isə Apellyasiya Komissiyası baxacaq. Nəticələrə əsasən, ən yüksək bal toplayan 25 müəllim "Üzeyir Hacıbəyli Mükafatı"na layiq görüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930