Gələn ilə Kəlbəcərdəki müasir təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır

15-09-2025, 15:43 10 dəfə baxılıb

Gələn ilə Kəlbəcərdəki müasir təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır

Kəlbəcərdə modul tipli məktəb şagirdlərin təhsilində fasilə yaranmaması üçün yaradılıb və müvəqqəti xarakter daşıyır.

Bunu Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Mətbuat xidməti şöbəsinin müdiri Nuranə Babayeva bildirib.

Onun sözlərinə görə, artıq növbəti ilə Kəlbəcərdə yeni, müasir və unikal təhsil kompleksində işlərin tamamlanması planlaşdırılır.

Qeyd olunub ki, təməli 2023-cü ildə qoyulan tədris ocağı ümumilikdə 2.24 hektar ərazini əhatə edir. 528 şagird üçün ümumtəhsil məktəbi, 80 yerlik uşaq bağçası, 70 yerlik yataqxana və peşə təhsili üçün 7 fərqli emalatxana tikintisi nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031