Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

17-09-2025, 13:26 5 dəfə baxılıb

Rusiya ordusu strateji şəhərə DAXİL OLDU

Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərində döyüşlər daha da şiddətlənib.

Bu barədə "Deep State" jərbi analitik platforması məlumat yayıb.

Məlumata görə, Rusiya ordusu şəhərə yalnız şimaldan deyil, həm də şimal-qərbdən daxil olaraq yaşayış massivlərində möhkəmlənib.

Mənbələr bildirir ki, şimal istiqamətindəki “boz zona” artıq şəhər mərkəzinə qədər genişlənib və küçə döyüşləri davam edir. 

Rusiya Müdafiə Nazirliyi hələlik rəsmi açıqlama verməyib. Bununla yanaşı, rus qoşunlarının Zaporoje vilayətinin qərbində də irəliləyişi müşahidə olunur.

Ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenkonun sözlərinə görə, Kupyanskla yanaşı, Pokrovsk, Konstantinovka, Liman, Severesk və Borovaya şəhərləri də Rusiya ordusunun payız-qış kampaniyasında hücum üçün prioritet hədəflər siyahısına daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930