İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüş keçiriləcək

23-09-2025, 11:03 12 dəfə baxılıb

İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüş keçiriləcək

Gələn ay İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşün keçiriləcəyi planlaşdırılır.

Bunu İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Fərzanə Sadiq Tehranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevlə görüşündə bildirib.

Nazirin sözlərinə görə, yaxın vaxtlarda yaradılacaq müştərək İşçi qrup nəqliyyat və gömrük problemlərini nəzərdən keçirəcək. O qeyd edib ki, Kəlalə-Ağbənd körpüsü və sərhəd terminalı layihəsi Novruz bayramına qədər tamamlanacaq, Kəlalə-Culfa yolunun genişləndirilməsi isə nəzərdə tutulur.

Nazir Fərzanə Sadiq bildirib ki, İran və Azərbaycan arasında güzəştli ticarət sazişi yekunlaşdırılması iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 650 milyon dollardan 1 milyard dollara çatdıra bilər.


Görüş zamanı müzakirə olunan digər mövzulara müştərək neft bloklarının işlənməsi, qaz mübadiləsi sazişinin Naxçıvanadək uzadılması, Rusiya qazının Azərbaycan üzərindən İrana ötürülməsi və üç ölkə arasında elektrik şəbəkəsinin inkişafı daxildir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şəhid Rəcai limanına səfəri və liman əməkdaşlığı üzrə memorandumun imzalanması da planlaşdırılıb.

Fərzanə Sadiq iki ölkə arasında səyahət və əməkdaşlığın hərtərəfli artım və tərəqqiyə səbəb olacağına ümid etdiyini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031