Aydın Kərimov: Şuşada səhiyyə turizminin inkişafı üçün geniş imkanlar var

23-09-2025, 13:13 2 dəfə baxılıb

Aydın Kərimov: Şuşada səhiyyə turizminin inkişafı üçün geniş imkanlar var


"Şuşada səhiyyə turizminin inkişafı üçün geniş imkanlar var".

Bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Şuşada təmiz hava, gözəl təbiət var. Bunun, əlbəttə ki, səhiyyəyə, insanların sağlamlığına müsbət təsiri var. Səhiyyə turizminin inkişafında bu amil çox mühümdür. TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Şuşada tibbi sahənin inkişafı təmin edilir. Turistlərin dincəlməsi, xüsusilə, cərrahi əməliyyatlardan sonra reabilitasiya xidməti üçün Şuşada əlverişli şərait var və biz bu məqsədlə otel sektorunun yaxşılaşdırılması üçün beynəlxalq ekspertlərlə konsultasiya aparır, onların bilik və bacarıqlarından istifadə edirik” - Aydın Kərimov qeyd edib.

Prezidentin xüsusi nümayəndəsi Şuşada 30-a kimi tarixi abidənin bərpa olunduğunu və abadlaşma işlərinin davam etdiyini bildirib, bir neçə ildən sonra bəzi infrastruktur layihələrinin də hazır olacağını qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930