Sahibə Qafarova: Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var

24-09-2025, 13:07 4 dəfə baxılıb

Sahibə Qafarova: Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var

Azərbaycan-Serbiya münasibətlərinin inkişafı üçün böyük potensial var.

Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bakıda səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçlə birgə brifinqdə danışıb.

Onun sözlərinə görə, Azərbaycanla Serbiya arasında dostluq əlaqələri regional müstəvidə Cənubi Qafqaz-Balkan əməkdaşlığına təkan vermək baxımından vacib əhəmiyyət daşıyır:

"Azərbaycanla Serbiya arasında bir sıra istiqamətlərdə münasibətlərin inkişafı üçün böyük potensial var. Bu səfər ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının, həmçinin münasibətləri daha da inkişaf etdirmək istəyimizin göstəricisidir. Bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi böyük məmnunluq doğurur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930