Bakıda daha 5 stansiya tikiləcək - ÜNVANLAR

25-09-2025, 11:43 6 dəfə baxılıb

Bakıda daha 5 stansiya tikiləcək - ÜNVANLAR

Bakıda bundan sonra daha 5 metro stansiya tikiləcək.

Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O qeyd edib ki, stansiyalardan biri "Nizami" metrostansiyasının yaxınlığında olacaq. Həmin stansiyadan birbaşa "Nizami"yə keçid olacaq. “Avtovağzal”  stansiyasından hərəkətə başlayan sərnişin həmin stansiyasından yaşıl xəttə daxil ola biləcək.

Bəxtiyar Məmmədov qeyd edib ki, dövlət layihəsində 10 stansiya nəzərdə tutulub.

"Digər 4-ü "Xətai" stansiyasınsan sonra "Yaşıl xətt" üzrə olacaq. "Nizami" parkı yaxınlığında, NZS-ə dönən ərazidə 1 stansiya olacaq. "Nargilə" adlanan ərazidə mütləq 1 stansiyanın olması ərazinin  inkişafı baxımdan önəmlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031