Azərbaycan-Albaniya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

25-09-2025, 17:10 6 dəfə baxılıb

Azərbaycan-Albaniya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan Səhiyyə Nazirliyində Albaniyanın Azərbaycandakı səfiri Besart Kadia ilə görüş keçirilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, səhiyyə naziri Teymur Musayev iki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb.

Teymur Musayev həmçinin, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib:

"Ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Bundan əlavə, müalicəvi turizm sahəsində də əməkdaşlıq potensialı yüksəkdir".

Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Öz növbəsində Besart Kadia dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.

Diplomat, həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.

Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930