İşləri məhkəməyə göndərildi

2-10-2025, 12:29 6 dəfə baxılıb


Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatları nümayəndələrinə qarşı aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Azerinews.az-ın əldə etdiyi məlumata görə, cinayət məsuliyyətinə cəlb edilənlərdən bir neçəsinə artıq yekun ittiham elan olunub. Onlardan Bəşir Süleymanlı, Qalib Bayramov (Qalib Toğrul) və Nərgiz Muxtarovanın işi məhkəməyə göndərilib.


QHT nümayəndələri vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakın leqallaşdırılması, qanunsuz sahibkarlıq kimi cinayətlərdə ittiham olunurlar.


İstintaqın əvvəlindən B.Süleymanlı həbs edilib. Q.Bayramov və N.Muxtarova barəsində isə “polisin nəzarəti altında vermə” növündə qətimkan tədbiri seçilib.


Cinayət işləri Bakı Ağır Cinayətlər Məhkəməsində ayrı-ayrılıqda araşdırılacaq.


Qeyd edək ki, Qalib Toğrul bir neçə ay əvvəl ev dustaqlığına buraxılan iqtisadçı Qubad İbadoğlunun qardaşıdır. 


Sail Ağasəlim






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031