Orban Qəbələdədir

6-10-2025, 14:20 6 dəfə baxılıb

 

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı V.Orbanın Ofisi yayıb.

Bildirilib ki, o, oktyabrın 6-7-də baş tutacaq səfəri zamanı Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşündə iştirak edəcək.

Bununla yanaşı, Baş nazir ikitərəfli görüşlər də keçirəcək.

Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstanın Baş nazirini hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031