Oktyabrın 7-də Azərbaycanda bayraqların yarıya endirilməsi ilə bağlı iddia təkzib edildi

7-10-2025, 16:12 8 dəfə baxılıb

 

Bəzi sosial media hesablarında İsrailin Qəzzaya qarşı 7 oktyabrda başladığı əməliyyatların ildönümündə Azərbaycanda bayraqların yarıya endirildiyi barədə iddialar paylaşılıb.

"Azerinews.az"ın xəbərinə görə, Türkiyə Rabitə Qurumunun Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) bu iddiaları dezinformasiya adlandırıb.

Bildirilib ki, Azərbaycanı Fələstin əleyhdarı kimi göstərməyə çalışan bu cür yalan məlumatlar ictimaiyyəti çaşdırmaq, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkə Azərbaycanın nüfuzuna xələl gətirmək, türk-islam dünyasındakı həmrəyliyi sarsıtmaq və Fələstinlə bağlı məsələni kölgədə qoymaq məqsədi daşıyan sistemli bir kampaniyanın tərkib hissəsidir.

"İctimaiyyəti yanlış istiqamətə yönəltməyi hədəfləyən bu kimi əsassız məlumatlara etibar edilməməli, yalnız rəsmi mənbələrin açıqlamalarına əsaslanmalıdır", - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930