Azərbaycanda kiberfestival keçirilir - Generallar iştirak edir+Fotolar

9-10-2025, 10:37 7 dəfə baxılıb

 Azərbaycanda ikinci dəfə “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) kiberfestivalı keçirilir.


“Azerinews.az”ın məlumatına görə, iki gün ərzində baş tutacaq tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilir.


Kiberfestivalda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və digər rəsmi şəxslər iştirak edir. 


Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Mustafayevin açılış nitqi ilə başlayıb. Xidmət rəisi “CIDS-2025”in təşkili və əhəmiyyəti barədə danışıb, tədbiri dövlət, özəl sektor, təhsil müəssisələri və beynəlxalq tərəfdaşlıq üçün dəyərli platformanın möhkəmləndirilməsi kimi qiymətləndirib.


İlqar Mustafayev çıxışının davamında bəzi önəmli statistikalardan söz açıb. Onun sözlərinə görə, təkcə son bir ildə rəhbəri olduğu Xidmət tərəfindən dövlət qurumlarının informasiya sistemlərində 3000-dən audit və monitorinq icra edilib, aşkarlanan yüzlərlə kiberinsidentin qarşısı alınıb. Qeyd edib ki, bu gün artıq 150-dən çox dövlət qurumu özünün daxili informasiya təhlükəsizliyi təlimatını təsdiq edərək praktiki tədbirlərə başlayıb.


Xidmət rəisi builki festifalda “Ağıllı şəhərlərdə kibermüharibə” yarışması ilə yanaşı kibertəhlükəsizlik üzrə konfrans, “Hack The Future 2” təlimləri və kibertəhlükəsizlik üzrə ən son texnologiyalar və tendensiyalar birləşdirən kibertəhlükəsizlik həlləri sərgisi təqdim ediləcəyini də qeyd edib.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930