"Kiberinsidentlərlə enerji və su təchizatı sistemlərinin iflic olmasının şahidi oluruq”

9-10-2025, 11:50 3 dəfə baxılıb

"Son illər baş verən kiberinsidentlər nəticəsində beynəlxalq hava limanları, enerji və su təchizatı sistemləri, eləcə də maliyyə sistemlərinin iflic vəziyyətə düşdüyünün şahidi oluruq”.

“Azerinews.az"ın məlumatına görə, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “CIDS-2025” kiberfestivalının iştirakçılarına göndərdiyi müraciətində deyib.


Xidmət rəisi bildirib ki, ölkəmizin milli maraqlarını hədəf alan fəaliyyətlərin qarşısının alınması məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ötən dövr ərzində də Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin prioritetləri sırasında olub: “DTX-nin Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən bütün növ kibertəhdid məlumatlarının toplanması, təhlili və maraqlı tərəflər arasında paylaşmasını təmin edən yerli və qlobal təşkilatlarla əlaqələndirməyə və kollektiv kibermüdafiəni gücləndirməyə imkan verən MISP platforması yaradılıb. 2023-cü ildə yaradılan bu platforma ölkənin kritik informasiya infrastrukturu subyektləri arasında zərərli IP ünvanları və domen adları, zərərli fayllar və onların eyniləşdirmə dəyərləri kimi göstəricilərin mübadiləsini həyata keçirməyə imkan verir. Əminəm ki, bu tədbir də ölkəmizin milli təhlükəsizliyini qlobal təhdidlərə qarşı daha da dayanıqlı edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930