Arif Rəhimzadə: Ramiz Mehdiyev YAP-dan çıxarılacaq

15-10-2025, 12:44 5 dəfə baxılıb

 

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılacaq.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

Arif Rəhimzadə bildirib ki, bununla bağlı bu günlərdə partiyanın müvafiq qurumlarının iclası olacaq: “Ramiz Mehdiyev nə YAP-ın, nə də YAP Veteranlar Şurasının üzvü kimi qala bilər. Məhkum olunan insan partiyada qala bilməz”.

Qeyd edək ki, dünən Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031