Əli Həsənov: "Ramiz Mehdiyevin mənə nə aidiyyəti var?"

15-10-2025, 14:17 7 dəfə baxılıb

 

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunmasından sonra PA-nın keçmiş şöbə müdiri Əli Həsənovun istintaqa çağırılması ilə bağlı iddialar yayılıb.

"Azerinews.az" xəbər verir ki, məsələ ilə bağlı Əli Həsənov "Teleqraf"a açıqlamasında yayılan xəbərləri təkzib edib:

"Mən heç bir istintaqa cəlb olunmamışam. Mənim hazırda heç bir ictimai-siyasi öhdəliyim yoxdur. Haqqımda yayılanlar yalandır, boş söhbətlərdir. Ramiz Mehdiyevin mənə nə dəxli, nə aidiyyəti var?"

Qeyd edək ki, ötən gün Səbail Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev barədə ev həbsi qərarı verib. Akademik dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərdə, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada ittiham olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031