Nazirlikdə Fələstin səfiri ilə görüş oldu - Fotolar

21-10-2025, 16:35 6 dəfə baxılıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüş olub.

“Azerinews.az” xəbər verir ki, Azərbaycan və Fələstin xalqlarının tarixi, dini, mədəni və dostluq əlaqələrinə malik olduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev iki ölkə arasında qarşılıqlı dəstək və həmrəyliyin mövcud olduğunu bildirib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşən Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində, əmək və məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadilələrinin aparılmasında əhəmiyyəti vurğulanıb.

Ölkəmizdə son illər əmək sahəsində aparılan islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bu sahədə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, fəal təcrübə və məlumat mübadilələrinin aparılması üçün mühüm potensialın olduğu qeyd edilib.

Əhməd Metani ölkəsi ilə Azərbaycan arasında dostluq, həmrəylik münasibətlərinin olduğunu və daim inkişaf etdiyini, əmək sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Qeyd edilən sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930