Süni İntellekt üzrə Milli Mərkəz yaradırlar

27-10-2025, 19:58 4 dəfə baxılıb

 

İran parlamenti ölkədə Süni İntellekt üzrə Milli Mərkəzin yaradılmasına dair qanun layihəsini təsdiqləyib. Yeni qurum ölkə Prezidentinin nəzarəti altında fəaliyyət göstərəcək.

“Azerinews.az” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, yaradılacaq mərkəz İslam Respublikasında süni intellekt ekosistemlərinin inkişafını milli resurslardan istifadə etməklə koordinasiya edəcək.

Yeni qurumun Katibliyi dövlət strukturları arasında əməkdaşlığı təmin edəcək və süni intellekt sahəsində milli strategiyanın həyata keçirilməsinə nəzarət edəcək. Mərkəzin rəhbəri İran Prezidenti tərəfindən təyin olunacaq.

Qeyd edək ki, Tehranda bu addım süni intellektin idarə olunmasının institusional səviyyəyə qaldırılması və texnologiyaların milli siyasətə inteqrasiya olunması baxımından mühüm addım kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031