Ordumuzun təntənəli keçidi oldu - Video

8-11-2025, 20:03 8 dəfə baxılıb

 


Vətən Müharibəsində qazanılan tarixi Qələbinin 5-ci ildönümünə həsr olunan hərbi parada Silahlı Qüvvələrin parad heyətlərinin təntənəli keçidi başlayıb.

“Azerinews.az” xəbər verir ki, hərbi parada müdafiə nazirinin birinci müavini, general-polkovnik Kərim Vəliyev komandanlıq edir.

Silahlı Qüvvələrin Parad Heyətləri 44 Günlük Vtən Müharibəsində Şuşa şəhərinə sancılan və qələbəmizin rəmzinə çevrilən Azərbaycan Dövlət Bayrağı altında tribunaya doğru irəliləyir.

Bayraqdarlar Qrupuna “Vətənə xidmətə görə” ordenli Vüqar Əlverdiyev başçılıq edir.

Xüsusi Təyinatlı Qüvvələrin Parad Heyətlərinə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Ələkbər Cahangirov rəhbərlik edir.

Vətən Müharibəsi qəhrəmanı İlqar Orucovun rəhbərliik etdiyi parad heyətləri irəliləyir.

Sözügedən görüntüləri təqdim edirik:







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031