Bakıdakı Hərbi parad dünya mediasında - Fotolar

9-11-2025, 11:34 9 dəfə baxılıb

 

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad dünyanın bir sıra ölkələrinin aparıcı media qurumlarının geniş diqqət mərkəzində olub və beynəlxalq mətbuatda əhatəli şəkildə işıqlandırılıb.

“Azerinews.az” AZƏRTAC-a istinadən xəbər verir ki, yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlərə yer verilib, paradın Azərbaycan Ordusunun hərbi qüdrətini tam şəkildə nümayiş etdirdiyi vurğulanıb, həmçinin Vətən müharibəsi barədə məlumat verilib.

Pakistan”, “Dawn” televiziya və nəşrlərinin yayımladığı xəbərlərdə Hərbi paradın möhtəşəmliyi, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakı, nümayiş olunan hərbi texnika və aviasiya qüvvələri barədə məlumat verilib. Xüsusi diqqət Azərbaycan Prezidentinin çıxışına yönəldilib, dövlətimizin başçısının Türkiyə və Pakistanın Vətən müharibəsi zamanı Azərbaycana qətiyyətli dəstəyi barədə fikirləri geniş işıqlandırılıb. Həmçinin, Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mübarizəsi zamanı göstərdiyi möhkəm dəstəyə görə Pakistana təşəkkür etdiyi, rəsmi İslamabadın Cənubi Asiyada regional sabitliyin təmin edilməsindəki rolunu yüksək qiymətləndirdiyi vurğulanıb.

Xəbərlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin paradda iştirakı xüsusi qeyd olunub, üç qardaş ölkənin ordularının sıx əməkdaşlığı diqqətə çatdırılıb. Pakistan mediasında paradın regional əməkdaşlıq və Cənubi Qafqazda sülh və sabitliyin güclənməsi baxımından əhəmiyyətini də ön plana çıxardığı qeyd olunub. “The Express Tribune” nəşri bu baxımdan Pakistan Baş nazirinin Hərbi paraddakı çıxışında “Bu, dostluq və regional həmrəyliyin əyani göstəricisidir” ifadəsini xüsusi vurğulayıb.

Pakistan mediasında Baş nazir Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri, Azərbaycan Prezidenti ilə görüşü, eləcə də Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü barədə də məlumat verilib.


vurğulayıb.

İspaniyanın EFE agentliyi də Hərbi parada xüsusi diqqət ayırıb. Agentliyin yayımladığı xəbərdə İkinci Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan Hərbi paradda Türkiyə və Pakistan liderlərinin də iştirakı vurğulanıb. Xəbərdə əsasən Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan Baş nazirinin fikirləri diqqətə çatdırılıb, liderlərin Azərbaycanın Qələbəsinin regionda sülh, inkişaf və əmin-amanlıq üçün yeni səhifə açması barədə fikirləri qeyd olunub. Bu xəbər İsveçrənin “Swissinfo.ch” nəşri tərəfindən də EFE-yə istinad olunaraq yayımlanıb.

Rumıniyanın “Ultima-ora” nəşri Prezident İlham Əliyevin paraddakı çıxışında Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Vətən müharibəsinin ilk günündən Azərbaycana, Azərbaycan xalqına və Ordusuna dəstəyi barədə fikrinə xüsusi yer verilib.

Moldovanın nüfuzlu “Moldova Today” nəşri Bakıda keçirilən Hərbi paradda Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakına, üç qardaş ölkənin liderlərinin çıxışlarına, nümayiş olunan hərbi texnikaya və regionda sabitliyin güclənməsinə xüsusi diqqət ayırıb. “Bu parad təkcə silahların nümayişi deyil, regionda yeni geosiyasi reallığın başlanğıcıdır”, - deyə nəşrdə xüsusi vurğulanıb.

Bolqarıstanın “24 Chasa” nəşri paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın Zəfərinin Türk dünyası üçün qürur mənbəyi olması, Qarabağın azad edilməsinin bütün Türk dünyası üçün əhəmiyyəti barədə fikirləri qeyd edilib. Bundan başqa, Türkiyənin Azərbaycana və Azərbaycan Ordusuna fəal dəstəyi, Qələbənin qazanılmasında Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyinin rolu vurğulanıb, işğaldan azad edilmiş ərazilərdə inkişaf, sülh və əmin-amanlığın bərqərar olduğu qeyd edilib.

Misirin aparıcı media qurumları, o cümlədən “Al Shorouk”, “Al Ahram” və “Cairo24” nəşrləri də Bakıda keçirilən Hərbi paradı geniş işıqlandırıb. Xəbərlərdə paradda iştirak edən ali qonaqlar, nümayiş olunan hərbi texnika, Azərbaycan, Türkiyə və Pakistan hərbi qüvvələrinin birgə iştirakı barədə ətraflı məlumat verilib. Misir mediası Azərbaycan və Türkiyə liderlərinin çıxışlarına, tədbirin Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlığın əhəmiyyətinə diqqətin cəlb edilməsi baxımından önəmi vurğulanıb.

Hərbi parad barədə nüfuzlu “Forbes” jurnalı, Səudiyyə Ərəbistanının ingilisdilli “Arab News” və digər media qurumları da xəbərlər yayımlayıb. “Forbes” jurnalında dərc olunan geniş reportajda Hərbi paradın Azərbaycanın hərbi qüdrətini gücləndirdiyini göstərdiyi vurğulanıb. Azərbaycanın xüsusilə hava və hava hücumundan müdafiə qüvvələri arsenalını ən müasir silah və müdafiə sistemləri ilə inkişaf etdirdiyi qeyd olunub.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930