300 nəfər könüllü irəli çıxsın deyilsə də, 600 nəfərin hamısı önə çıxdı

13-11-2025, 13:54 2 dəfə baxılıb

 

“Bir həqiqəti yazmağı özümə borc bilirəm. Hərbi əməliyyatlar başlayanda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından 300 xüsusi təyinatlının seçilməsi tapşırığı verilir. Sırada 600 nəfər dayanır. Komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” deyir. Və həmin an - 600 nəfərin hamısı eyni anda önə çıxaraq “Hazırıq!” deyir”.

“Azerinews.az” xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə səhifəsində yazıb.

O, müharibəyə yollanan həmin xüsusi təyinatlının 29-nun Şuşa uğrunda döyüşlərdə şəhid olduğunu vurğulayıb.

“Bu, sadəcə bir seçim deyildi. Bu, Vətənə sədaqətin ölçüsüz nümunəsi idi. Həmin igidlərdən 29-u Şuşa uğrunda döyüşlərdə şəhid oldu. Onların hər biri bu xalqın şərəf salnaməsinə adı yazılan qəhrəmanlardır”, deyə, - DİN rəsmisi qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031