Ermənistan Qarabağ danışıqlarına dair sənədləri dərc etdi

2-12-2025, 16:56 9 dəfə baxılıb

 

Ermənistan hökuməti keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara dair sənədləri dərc edib.

“Azerinews.az” Ermənistan mətbuatına istinadən xəbər verir ki, hökumətin saytında ümumilikdə 13 fayl yerləşdirilib.

Burada 2011-ci ildə Kazanda müzakirə olunan sənəd, 2019-cu ildə vasitəçilər tərəfindən təqdim edilən təkliflər, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın 2016-cı ilin avqustunda Rusiya lideri Vladimir Putinə ünvanlanmış məktubu və digər sənədlər var.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın əvvəllərində Qarabağla bağlı danışıqlar prosesinə dair əsas sənədlər paketini, o cümlədən 2019-cu ilə aid materialları ilin sonunadək açıqlayacağını bildirmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930