Azərbaycan–Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

11-12-2025, 10:28 12 dəfə baxılıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 8-9-da Slovakiyaya rəsmi səfəri iki ölkə arasında əməkdaşlığın yeni, strateji mərhələyə keçdiyini göstərib.

Bratislavada Prezident İlham Əliyevin yüksək səviyyədə qarşılanması və mərasimdə fəxri qarovul dəstəsinin iştirakı Slovakiyanın Azərbaycana verdiyi xüsusi önəmin göstəricisi olub. Azərbaycan Prezidenti slovakiyalı həmkarı və nümayəndə heyətləri ilə birlikdə "Azadlıq Qapısı" abidəsini və Devin qəsrini ziyarət edib. Bu addım ikitərəfli münasibətlərin tarixi və mədəni aspektlərinin də gücləndirildiyini nümayiş etdirir.

Danışıqların əsas mövzusu enerji təhlükəsizliyi olub. Keçən il ilk dəfə olaraq Azərbaycan qazının Slovakiyaya tədarükü həyata keçirilib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Slovakiyanın ehtiyaclarına uyğun olaraq istənilən həcmdə enerji resursları ilə təminat imkanına malikdir. Bu əməkdaşlığın davamlılığı Avropanın ümumilikdə enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Növbəti mərhələdə nəqliyyat, müdafiə sənayesi, rəqəmsal inkişaf və "ağıllı kənd" layihələri üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bu sahələr üzrə tərəfdaşlıq həm iqtisadi əlaqələrin möhkəmlənməsinə, həm də texnoloji əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930