Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - Foto

22-04-2024, 14:24 114 dəfə baxılıb

 

Ermənistan polisi “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın 5 üzvünü saxlayıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə “Armtoday” nəşri təşkilatın sosial şəbəkə hesabına istinadən məlumat yayıb.

Bildirilir ki, silahlı qruplaşmanın üzvləri - Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais Ağabekyan Noyemberyan rayonunun polis şöbəsinə aparılıb. Onların Qazaxın Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən, Azərbaycana təhvil veriləcək kəndlərində etirazlarda iştirak etdikləri bildirilir.

Qeyd olunur ki, mart ayında da polis Tavuşun Əskipara kəndinə getməyə cəhd edən bir neçə qruplaşma üzvünü qanunsuz silah-sursat saxlamaqda və gəzdirməkdə şübhəli bilərək saxlamışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930