Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

29-04-2024, 13:15 125 dəfə baxılıb

 Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ovni Muradov Naxçıvan Muxtar Respublikasının (MR) Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

"Azerinews.az" yeni təyin olunan icra başçısının dosyesini təqdim edir:

Ovni Muradov bu təyinatadək Naxçıvan MR-in təhsil nazirinin müavini vəzifəsini tutub.

Bir müddət təhsil naziri vəzifəsi vakant olduğundan o, həmin vəzifəni də icra edib.

Bundan əvvəl isə O.Muradov Babək rayon E.Əliyev adına Nehrəm qəsəbə 2 nömrəli tam orta məktəbinin direktoru, Babək Rayon Təhsil Şöbəsinin müdiri olub. İxtisasca tarixçi olan Ovni Murad həm də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırkı Dövlət İmtahan Mərkəzi - red.) məktəblilər üçün Tarix testlər toplusunun müəlliflərindən biridir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031