Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər başa çatdı

30-04-2024, 14:28 87 dəfə baxılıb

 

Türkiyənin Marmaris şəhərində Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Kurtaran-2024” hərbi təlimləri başa çatıb.

 "Azerinews.az" xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

 Bildirilib ki, təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı, ABŞ, Banqladeş, Bəhreyn, Bolqarıstan, Braziliya, Mərakeş, Misir, Malayziya, Mozambik, Pakistan, Səudiyyə Ərəbistanı, Tailand və Oman iştirak edib.

 Manevrlər aprelin 24-də başlayıb və 6 gün davam edib.

 Təlimlərdə Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsinin şəxsi heyətləri iştirak ediblər.

 Hazırlıqlar çərçivəsində müxtəlif manevrlər icra edilib.

 Eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930